ABŞ vətəndaşlarını raket zərbələri təhlükəsinə görə Ukraynanı tərk etməyə çağırıb.
Azpost.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.
“Dövlət Departamentində Rusiyanın yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə zərbələr endirmək üçün səyləri gücləndirdiyi barədə məlumat var”, – ABŞ-ın Ukraynadakı səfirliyinin bəyanatında deyilir.
“Ukraynada təhlükəsizlik vəziyyəti çox dəyişkəndir və xəbərdarlıq edilmədən daha da pisləşə bilər. ABŞ vətəndaşları sayıq qalmalıdırlar. Ukraynanı tezliklə tərk edin! Əgər təhlükəsiz olarsa, şəxsi yerüstü nəqliyyatdan istifadə edin”, – səfirlik əlavə edib.
Azpost.info