“WhatsApp” fərdi mesajları kilidləmək funksiyasını istifadəyə verib.
AzPost xəbər verir ki, “WhatsApp” istifadəçilərə istədikləri fərdi və ya qrup söhbətlərini ayrıca kilidləmək imkanı yaradan yeni funksiyanı istifadəyə verib.
“Chat Lock” (Söhbət Kilidi) adlanan bu funksiya sayəsində istifadəçilər müəyyən söhbətləri əsas siyahıdan gizlədərək yalnız biometrik təsdiqlə (barmaq izi və ya Face ID) daxil ola biləcəklər. Kilid qoyulmuş söhbətlər ayrıca “Kilidli söhbətlər” bölməsində yerləşir və həmin bölməyə daxil olmaq üçün istifadəçi kimliyinin təsdiqlənməsi tələb olunur.
Kilid tətbiq olunan söhbətlərə gələn bildirişlərdə mesajın məzmunu göstərilmir. Bu funksiya həm Android, həm də iPhone cihazlarında aktivdir və şəxsi məlumatların qorunmasını gücləndirməyi hədəfləyir.