“WhatsApp” “Facebook”un istifadəçi mesajlarını və şəxsi məlumatları görməyəcəyini bəyan etdi

“WhatsApp” messencerinin rəhbərliyi yeni məxfilik siyasətinin bu xidmətə sahib olan “Facebook” şirkətinin istifadəçilərinin yazışmalarına və əlaqə siyahılarına daxil olmasına icazə vermədiyini açıqlayıb.

TASS  xəbər verir ki, bu barədə messencerin rəhbərliyi öz “Twitter” hesabında məlumat yayıb.

“”WhatsApp” və “Facebook” şəxsi mesajlarınızı görmür və zəngləri dinləmir. “WhatsApp” kimin mesaj yazıb, kimə zəng etdiyini izləmir. “WhatsApp” əlaqə siyahınızı “Facebook” ilə paylaşmır. “WhatsApp”dakı qrup söhbətləri gizli qalır”, – məlumatda deyilir.

Bundan əvvəl “WhatsApp” istifadəçi müqaviləsini yeniləyərək bu messencerdən istifadə edən hər kəsi “Facebook”la məlumat paylaşmağı məcbur edib. Xüsusilə şirkət telefon nömrələri, əməliyyatlar və istifadəçilərin IP ünvanları haqqında məlumat yığacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Türkiyə bu gün Qafqazda təhlükəsizlik sahəsində mühüm oyunçudur” –

Sonrakı məqalə

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb –