“WhatsApp” məxfiliyi qoruyan funksiyanı işə saldı

14 İyun 2021 - 11:22

“WhatsApp” messenceri müştərilərin yeni istifadəçi razılaşmasına olan mənfi reaksiyalarından sonra məxfilik kampaniyasına start verir.

“BBC News” xəbər verir ki, söhbət çatların birbaşa şifrləməsindən gedir. Bu, o deməkdir ki, mesajları yalnız göndərən və alan şəxslər oxuya biləcək. Yenilik eksperimental olaraq hələlik Böyük Britaniya və Almaniyaya tətbiq olunacaq.