“Whatsapp”dan yeni funksiya –Dili dəyişmək mümkün olacaq

“WhatsApp” messencerində dilin dəyişdirilməsi ilə bağlı yeni funksiya olacaq.

Azpost.info xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Məlumata görə, “WhatsApp”ın Android cihazları üçün 2.22.9.132.22.10.2 beta versiyalarında proqramda dili dəyişmək imkanı var. Bunun üçün istifadəçilər “Parametrlər”ə daxil olub, “Tətbiqin dili” düyməsini sıxmalı və istədikləri dili seçməlidirlər.

Yeni seçimin bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı barədə məlumat verilmir.

Azpost.info

Əvvəlki məqalə

“Tərtər işi” ilə bağlı 7 nəfər həbs olunub-

Sonrakı məqalə

“Paşinyan Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul etməsi barədə açıq şəkildə danışdı” –