“Windows” əməliyyat sistemində təhlükəli boşluq aşkarlanıb

“Windows” əməliyyat sistemində təhlükəli boşluq (CVE-2023-29336) aşkarlanıb.

Elektron Təhlükəsizlik Xidmətinin məlumatına görə, boşluq “Microsoft Windows” əməliyyat sisteminin “WIN32K” sistem drayverində mövcuddur.

Boşluğun istismarı kiberdələduza təsirə məruz qalmış “hostl” üzərində “SİSTEM” səviyyəsində imtiyazlar əldə etməyə imkan verir.

Bu boşluq fərdi məlumatların ələ keçirilməsi, manipulyasiya edilməsi, silinməsi, sistemə zərərli proqram təminatının yerləşdirilməsi və sistemlərin sıradan çıxmasına səbəb ola bilər.

Təhlükəsizlik üçün istifadəçilərə və inzibatçılara “Windows” əməliyyat sisteminin ən son təhlükəsizlik yeniləmələrini (security updates) etmək tövsiyə olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.