Xərçəngə yoluxduğu bildirilən qazimizlə bağlı xoş xəbər –

Xəstəlik aşkar edilmədi (FOTO)
01 Oktyabr 2021 - 13:11
Xərşəng xəstəıiyinə tutulduğu bildirilən Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevlə bağlı xoş xəbər verilib.
Azpost.info bildirir ki, bu barədə jurnalist Elvin Paşazadə bildirib. Qazinin müalicəsi üçün YAŞAT Fondu məşğul olub.
Q.Ağayevin Azərbaycanda müalicələri effektiv nəticə verib. “YAŞAT” Fondunun dəstəyilə Türkiyədə müayinə zamanı onda xərçəng hüceyrələri aşkar edilməyib.
Yenidən yoxlanması üçün 4 ay sonra Türkiyəyə gedəcək.