Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin üç maşınının Xankəndidən Laçın istiqamətinə növbəti keçidi baş tutub.
Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsindən daxil olmuş müraciətdə 24 dekabr saat 09:00-da xəstəliyinin müalicəsi ilə əlaqədar 2022-ci il təvəllüdlü Vladimir Balayan və onun valideynlərinin komitənin əməkdaşlarının müşayiəti ilə komitəyə məxsus minik avtomobilləri ilə Xankəndidən Ermənistana keçidinə və həmin gün eyni tərkibdə geriyə Xankəndiyə qayıtmalarına icazə verilməsi xahiş olunub.
Müraciətdə, geri qayıdarkən avtomobillərin baqajında Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatların daşınacağı bildirilib. (APA)
Azərbaycan dövləti və aksiya iştirakçıları bununla dinc erməni əhali ilə heç bir problemləri olmadığını bir daha nümayiş etdirib.