“Xəstədirlər…Ekstradisiyadan qorxmuram” –Rusiyada axtarışa verilən Rövşən Əsgərov danışdı

“Nə? Harada? Nə vaxt?” intellektual televiziya proqramının tanınmış iştirakçısı, azərbaycanlı jurnalist Rövşən Əsgərov Rusiyada axtarışa verilməsi ilə bağlı xəbərə münasibət bildirib.

Azpost.info xəbər verir ki, o, bu barədə “Rise” nəşri ilə söhbətində danışıb.

Jurnalist bildirib ki, axtarışa verilməsi onun üçün sürpriz olmayıb: “Uzun müddətdir Rusiyada olmamışam. Ümid edirəm ki, indi olduğum yerdə hamı sağlam düşüncəyə sahibdir”. O, Rusiyaya ekstradisiyadan qorxmadığını deyib.

“News.ru”ya açıqlamasında isə R.Əsgərov işi üzrə mümkün məhkəmə qərarının ədalətliliyinə şübhə etdiyini bildirib: “Çinayət işinin başlanması faktının özü onu deməyə əsas verir ki, ictimaiyyətə açıq dərc olunmuş tarixi mənbələr nəzərə alınmır. Onların məhkəmə tərəfindən qəbul ediləcəyinə zəmanət varmı?”.

Bu gün məlum olub ki, Rusiya Daxili İşlər Nazirliyi R.Əsgərovu cinayət maddəsi ilə axtarışa verib. Bundan əvvəl Rusiya İstintaq Komitəsi R.Əsgərova qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açıb. Buna səbəb jurnalistin sosial şəbəkədə Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini ləkələyən yalan məlumat dərc etdirməsi olub. R.Əsgərov hesab edir ki, onun paylaşımında böhtan və nasizm reabilitasiyası yoxdur.

O, həmçinin Rusiya İstintaq Komitəsini xəstə təxəyyülə sahib olmaqda ittiham edib.

Azpost.info

Əvvəlki məqalə

“Putin Rusiyanın imkanlarını düzgün qiymətləndirmədi… Dünya dəyişəcək” –

Sonrakı məqalə

“Putin elə danışır ki, sanki Ukrayna yoxdur…” –