Xətai rayonunda çöxmərtəbli yaşayış binasındakı yanğın söndürüldü –

FHN
05 Aprel 2020 - 10:44

Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub

Əlavə məlumat veriləcək.

**

Bakıda Xətai rayonu, S.Vəzirov  küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub. 

Fövqəladə Hallar Nazirliyi bildirir ki, “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov  küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.