Xəzər dənizində 4,6 bal gücündə zəlzələ oldu 

04 Noyabr 2020 - 01:09

Noyabrın 3-də yerli vaxtla saat 16:16-da Xəzər dənizində 4,6 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata görə, yeraltı təkan 62 km dərinlikdə baş verib.

Qeyd edək ki, zəlzələ Xaçmaz rayonunda bəzi insanlar tərəfindən hiss olunub.