Xəzər dənizində zəlzələ olub.
AzPost bildirir ki, zəlzələnin mərkəzi Dağıstan respublikasının İzberbaş şəhəri yaxınlığında 14 km dərinlikdə olub.
Zəlzələnin rixter cədvəli ilə 5.8 bal gücündə olduğu bildirilir.
Zəlzələ Bakı və Sumqayıtda da hiss olunub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib. Zəlzələ Quba, Xınalıq, Qusar, Bakı və Sumqayıt və s. şəhərlərində 4-3 bal gücündə hiss olunub.
Yeraltı təkanlar Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gəncə şəhərində də qeydə alınıb.
