Xəzər dənizində batan şəxsin meyiti tapılıb

Xəzər dənizində (“Şüvəlan” sularda xilasetmə məntəqəsindən təqribən 2 kilometr aralı, nəzarətsiz ərazidə) avqustun 21-də batan bir nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.