Xəzər dənizində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ yerli vaxta saat 21:06-da Xəzər dənizində qeydə alınıb.
Zəlzələ sahilyanı rayonlarda 3 bala qədər hiss olunub.
Zəlzələnin maqnitudası 4.5, dərinliyi 60 km olub.