Xəzər dənizində zəlzələ olub

03 İyun 2021 - 10:23

İyunun 3-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 03:49-da qeydə alınan zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 3-ə bərabər olub.