Xalq artisti Murad Dadaşov Xəzər TV-nin direktoru vəzifəsinə təyin olunub.
O, bu gün televiziyanın akt zalında kollektivə təqdim olunub.
Xəzər TV-nin idarəçiliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə keçib.
Televiziyanın akt zalında bu gün keçirilən iclasda SOCAR-la memorandum imzalanıb. İclasda SOCAR-ın adından Azərbaycan Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnolgiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov iştirak edib.
Sənədə əsasən, Xəzər TV-nin idarəçiliyi SOCAR-a keçib, rəhbər də Xalq artisti Murad Dadaşov olub.
Qeyd: “Xəzər”in əvvəlki rəhbəri Azərbaycan Prezidentinin sabiq köməkçisi şöbə Əli Həsənovun oğlu Şamxal Həsənov olub. (pravda.az)