Xəzərdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib

14 İyul 2021 - 01:49

Iyulun 13-də “Sumqayıt”, “Hövsan”, “Qızılqum” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) 7 nəfər çimərkən batma təhlükəsi ilə üzləşib.

FHN-dən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən onlar xilas edilib.