Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Xərçəngin çarəsini tapdığını deyən həkimin evindən meyiti aşkarlandı

Orkhan Ali 16 İyun 2025 - 10:45 (Last updated: 16 İyun 2025 - 10:42)
1282743_1

Xərçəngin çarəsini tapan həkimin meyiti tapılıb.

AzPost xəbər verir ki, Türkiyənin Eskişehir şəhərində “xərçəngin çarəsini tapdım” deyən və paylaşımında təhdidlər aldığını bildirən 58 yaşlı təqaüddə olan həkim Mustafa Savan Günayın evindən meyiti aşkarlanıb.

Hadisə Eskişehir şəhərinin Hoşnudiye məhəlləsində baş verib. Ondan 3 gündür xəbər ala bilməyən dostu vəziyyəti evin təmizlik işçisinə bildirib. Evin qapısı açılmadığı üçün polisə məlumat verilib. Polis çilingirlə birlikdə mənzilə daxil olub və Günayı yatağında hərəkətsiz vəziyyətdə aşkarlayıb. Təcili tibbi yardım onun həyatını itirdiyini təsdiqləyib. Meyit müayinə üçün morqa aparılıb. Onun ölüm səbəbi araşdırılır.

Mustafa Savan Günay sosial mediada paylaşdığı fikirlərlə diqqət çəkmişdi. O, “25 ildir xərçəng xəstəliyinin səbəbini araşdırıram. Artıq problemin 75 faizini həll etmişəm. Ömrüm çatsa, xərçəngin bütün növlərini birdəfəlik bitirəcəyəm” demişdi.

Paylaşımında bəzi dairələrdən təhdidlər aldığını da yazan Günay “Mən heç kimdən qorxmadım, qorxmayacağam. Üzərimə kim gəlsə, qarşılığını alacaq” ifadələrindən istifadə etmişdi. Onun müəmmalı ölümü ilə bağlı polis istintaqa başlayıb.

AzPost.az

Post navigation

Previous: İsrail ABŞ komandanlığının peykinə bağlanıb, İranı onlayn görür –
Next: Yüksək vəzifəli şəxs vəfat etdi

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Türkiyənin Ankara şəhərindəki məhkəmə İstanbulun sabiq meri Əkrəm İmamoğlunu müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ilin noyabrında...
Read more about Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.