“Xəstəxanadayam, müalicə almağa başlamışam” –Kəramət Böyükçöl

Günlərdir gərgin idim. Ürəyim parlayırdı. Dözə bilmirdim. Ən adi problemlərin qarşısında özümü aciz hiss edirdim. Bezmişdim. Yorulmuşdum. Reallıqlarla barışa bilmirdim. Və belə bir vəziyyətdə emosiyalarımı saxlaya bilmədim, canlı açıb kobud ifadələrlə çıxış elədim, statuslar yazdım”.
Azpost.info bildirir ki, bu sözləri yazıçı Kəramət Böyükçöl son günlərdə qalmaqal doğurmuş çıxışı barədə yazıb. “Bütün hallarda nə olur olsun içkili bir vəziyyətdə içində qeyri-etik ifadələrin yer aldığı o cür çıxışlar etməməli idim və inanmaq istəyirəm ki, mən cəmiyyət üçün bir-iki çıxışın qurbanı olacaq, bir-iki sərxoş çıxışa görə silinib atılacaq adam deyiləm.
Bir az yaşamaq istəyirəm, qızıma, oğluma görə yaşamaq istəyirəm. Yeni əsərlər yazmaq istəyirəm.
Polisdən buraxılmışam, indi hal-hazırda xəstəxanadayam. Müalicə almağa başlamışam. Özümü vahimə içində, yorğun və o qədər ümidsiz, halsız hiss edirəm ki, bu cəhənnəm quyusundan məni ancaq sizin dəstəyiniz, təsəlliniz çıxara bilər, əziz dostlar. Ümid edirəm ki, yaxşı olacam”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvanın yeni Maliyyə naziri təyin olunub

Sonrakı məqalə

Pandemiyadan zərər çəkmiş şəxslərə pul ödənilməsinə başlanıb-