Xəstəxanaya yerləşdirilən İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin vəziyyəti yaxşıdır.
Azpost.info xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib.
Tayani Berluskoninin ailəsi və şəxsi həkimi ilə tez-tez əlaqə saxladığını deyib.
“O, özünü yaxşı hiss etdiyini deyir. Bu, artıq müsbət haldır və irəliləyişdir”, – XİN rəhbəri qeyd edib.
Azpost.info