Xəzərdə hərbi təlimlərin ikinci mərhələsinə start verilib –Zirə adasına desant çıxarılıb

Hərbi Dəniz Qüvvələri tərəfindən 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilən taktiki təlimlərin ikinci mərhələsinə start verilib.

Təlimin bu mərhələsində ilk olaraq, adada aşkar olunmuş şərti terrorçuların müvəqqəti məskunlaşdıqları bazalar Xüsusi Təyinatlı Qruplar tərəfindən zərərsizləşdirilib.

Daha sonra Böyük Zirə adasında təchiz olunmamış sahilə desant çıxarılıb. Desant dəstəsi tərəfindən adada yerləşən “terrorçu qrup”lar məhv edilib.

Kater və helikopterlə gələn Xüsusi Təyinatlı tabor (“Dəniz pişiklər”) tərəfindən adanın sahili minalardan təmizlənərək mühafizə tam təmin olunub. Bundan sonra isə adada məskən salan şərti terrorçu qrup zərərsizləşdirilib.

Qeyd edək ki, bugünkü təlimlərə Xüsusi Təyinatlı Taborun şəxsi heyəti cəlb olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir