“X” sosial şəbəkəsinin işində problemlər yaranıb

Bir neçə ölkədə “X” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

Trend-in məlumatına görə, bu barədə internet resurslarının işinə nəzarət edən “Downdetector” xidmətinin saytında məlumat verilib.

Məlumata əsasən, istifadəçilərin 69%-i saytın işindən şikayət edir, 24%-i proqramda nasazlıqlar olduğunu qeyd edir, digər 8%-i isə serverlərə qoşulmaqda çətinlik çəkir.

Bildirilib ki, ABŞ-də təxminən 25,8 min istifadəçi problemlər barədə məlumat veriblər. Böyük Britaniya, Fransa, Yaponiya və digər ölkələrdə də nasazlıqlar qeydə alınıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.