Xaçmazlı gənc ana üçəm dünyaya gətirib

20 yaşlı Xaçmaz rayon sakini erkən doğum təhlükəsi ilə Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində Quba Regional Perinatal Mərkəzə müraciət edib.

Xəstəxanadan AZƏRTAC-a bildirilib ki, ilkin olaraq 31-32 həftəlik hamiləlik, aktiv doğuş fəaliyyəti, dölün biri köndələn vəziyyətdə, digərləri isə sağrı gəlişində olduğu aşkarlanıb.

Təcili tibbi göstərişlə hamilə qeysəriyyə kəsiyi əməliyyatına götürülüb.

Əməliyyatla qadının çəkiləri 1400, 1600, və 1800 qram olan üçəm övladları (hər üçü kişi cinsli) dünyaya gəlib. Körpələrdən birinin vəziyyəti çox ağır olduğundan süni ventilyasiya aparatına qoşulub. Üçəmlərin hər birinə dövlət təminatlı “Curosurf 120 mq.” preparatı yeridilib və tənəffüs dəstəyi ilə təmin olunub.

Göstərilən yüksəkixtisaslı yardım nəticəsində körpələrin vəziyyəti stabilləşib. Ana və körpələri sağlam şəkildə evə buraxılıblar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.