Xalq artisti Aftandil İsrafilovla vida mərasimi keçirilir

Qarmon ifaçısı Xalq artisti Aftandil İsrafilovla vida mərasimi keçirilir.

Heydər Məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, sənət dostları, mədəni-ictimai xadimlər, həmçinin media mənsubları iştirak edir.

Vida mərasimi yekunlaşdıqdan sonra mərhumun cənazəsi II Fəxri xiyabana aparılaraq dəfn ediləcək. (APA)

Xatırladaq ki, uzun müddətdir, kəskin plevritdən əziyyət çəkən Xalq artisti dünən vəfat edib.

Onun əvvəlcə “Qurd qapısı” qəbiristanlığında dəfn olunacağı deyilsə də, sonradan II Fəxri xiyabana dəyişdirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.