Xalq artisti Aftandil İsrafilovun vəziyyəti ağırdır, reanimasiyadadır

Xalq artisti Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır.

Bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, qarmon ustasının səhhətində irəliləyiş yoxdur.

“Həm ürəyində, həm ağciyərlərində problem var. Reanimasiyadadır. Vəziyyəti ağırdır”, – sənətçinin qızı əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.