Xalq artisti Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olunub

Xalq artisti Ağadadaş Ağayev ötən gün üçüncü dəfə əməliyyat olunub.

Azpost.info axşam.az-a istinadən bildirir ki, xərçəng xəstəliyindən əziyyət çəkən müğənninin əməliyyatı 2 saat çəkib.

Aparıcı Hacı Nuran Hüseynov Ağayevin vəziyyətinin yaxşı olduğunu bildirib:

“Əməliyyatdan sağ-salamat çıxdı. Türkiyənin ən məşhur həkimlərinin iştirakı ilə baş tutan əməliyyat 2 saat çəkdi. Belə ağır əməliyyatları keçirən biri kimi bu 2 saatın nə olduğunu bəlkə də məndən yaxşı bilən yoxdur. Bu 2 saat iki gün, iki il qədər uzun sürür bəzən. Hazırda səhhəti də qənaətbəxşdir”.

Qeyd edək ki, müğənni uzun müddətdir Türkiyədə müalicə alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı, Sumqayıt və Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib

Sonrakı məqalə

Azərbaycanlı əsirlərə işgəncə verən erməni yaraqlılarının məhkəməsi başlayıb