Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb.
Bu barədə APA-ya Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.
O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib: “Bilirsiniz ki, atam ötən il insult keçirmişdi. Səhhətində hazırda ciddi problem yoxdur. Sadəcə növbəti müayinə və müalicə üçün gedib”.