Xalq artisti Cahangir Cahangirovun anadan olmasından 100 il ötür

Bu gün Xalq artisti, görkəmli bəstəkar Cahangir Cahangirovun anadan olmasından 100 il ötür.

Cahangir Şirgəşt oğlu Cahangirov 20 iyun 1921-ci ildə Balaxanıda anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1949-cu ildən Azərbaycan radiosunun nəzdində yaradılan xora 15 ildən artıq rəhbərlik edib.

Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. “Arazın o tayında” poeması, “Dostluq mahnısı” kompozisiyası, “Azad” və “Xanəndənin taleyi” operaları, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantataları, “Sabir” oratoriyası xor musiqisi sahəsində maraqlı əsərlərindəndir. Bəstəkarın “Ana”, “Aylı gecələr”, “Bakı”, “Dan ulduzu, bir də mən”, “Ay qız”, “Ala göz” və başqa mahnıları dillər əzbəridir. Nizaminin 800 illik yubileyi günlərində şairin sözlərinə “Gül camalın” romansını və xor üçün “Qəzəl” əsərini, Nəsiminin 600 illik yubileyi münasibətilə “Ənəlhəq” adlanan mahnı-romans əsərini yazıb.

Cahangir Cahangirov 1992-ci il martın 25-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir