Xalq artisti Elmira Rəhimova xəstəxanadan evə buraxılıb

18 May 2021 - 14:36

Xalq artisti Elmira Rəhimova xəstəxanadan evə buraxılıb.

Bu barədə APA-ya Xalq artisti özü məlumat verib.

O, dünən müalicə aldığı FHN-nin Zığdakı Modul Tipli Hospitalından evə buraxılıdğını, hazırda səhhətinin yaxşı olduğunu deyib.

Qeyd edək ki, E.Rəhimova koronavirusa (COVID-19) yoluxmuşdu.