Xalq artisti Hacı Murad Yagizarovun nəşi Azərbaycana gətirilib

Xalq artisti Hacı Murad Yagizarovun nəşi Almaniyadan Azərbaycana gətirilib.

Onun nəşini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları və sənət dostları qarşılayıblar.

Qeyd edək ki, Xalq artisti ilə vida mərasimi Təzəpir məscidində keçiriləcək. Daha sonra onun nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Xatırladaq ki, Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov sentyabrın 13-ü uzun sürən xəstəlikdən sonra Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. /APA/

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.