Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra vəfat edib.
Bu barədə onun yaxınları məlumat veriblər.
Xalq artisti Ramiz Novruz xəstəxanada vəfat edib.
Bu barədə APA-ya oğlu Cavidan Novruz bildirib. O, vida və dəfn mərasimləri ilə bağlı məsələlərin hələlik dəqiqləşmədiyini deyib.
Xalq artisti xərçəng xəsətəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Ramiz Novruzov (Ramiz Novruz) 25 may 1955-ci ildə Biləsuvar rayonuunun Səmədabad qəsəbəsində doğulub.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb.
Xalq artisti bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Dövlət Akademik Milli Dram Teatrı xalq artisti Ramiz Novruzun vəfatı ilə əlaqədar başsağlığı verib.
Başsağlığında deyilir:
“Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın Respublikasının Xalq Artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz vəfat edib.
Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun və kollektivimiz adından Ramiz Novruza Allahdan rəhmət diləyir,ailə üzvləri və yaxınlarına səbr arzulayırıq.
Ruhu şad olsun!”