Xamenei İsrailə cavab zərbəsi planı hazırlamaq əmri verib- “The New York Times”

Xamenei
Xamenei

İranın Ali dini lideri Ayətullah Əli Xamenei oktyabrın 28-də Ali Milli Təhlükəsizlik Şurasına İsrailə qarşı cavab zərbəsi planı hazırlamaq əmri verib.

Azpost.info xəbər verir ki, bu barədə “The New York Times” İran rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, İranın hərbi komandanlığı İsrail ərazisində onlarla hərbi obyektin siyahısını tərtib edir.

Nəşrin mənbələri bildirirlər ki, zərbələr noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra gözlənilir. İran Respublikaçı namizəd Donald Trampın Yaxın Şərqdə artan gərginlikdən seçki məqsədləri üçün istifadə edə biləcəyindən ehtiyat edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.