Xameneyi Pezeşkianı təriflədi –"Hamı ona dəstək verməlidir"

İranın ali dini lideri Xameneyi xalqı prezident Məsud Pezeşkianı dəstəkləməyə çağırıb.

AzPost Mehr Agentliyinə istinadən bildirir ki, Xameneyi bu barədə bazar günü İmam Rzanın şəhadətinin ildönümü ilə bağlı Tehranda keçirilən mərasimdə çıxışı zamanı deyib.

“Bütün iranlılar, o cümlədən ziyalılar və media nümayəndələri administrasiyanı, xüsusən də zəhmətkeş və yorulmaz prezident Məsud Pezeşkianı dəstəkləməlidir”-deyə Xamneyi vurğulayıb.

Dini lider ölkədə 12 günlük müharibədən sonra milli birliyin qorunmasının mühüm olduğunu deyib: “Xalq, rəsmilər və silahlı qüvvələr arasında həmrəylik pozulmamalıdır”.

Ayətullah Xameneyi bildirib ki, İran ABŞ-ın tələblərinə müqavimət göstərməyə davam edəcək.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.