Xameneyinin ofisinin möhür və sənədlərini saxtalaşdıran şəxs həbs olunub

21 İyul 2020 - 10:39

İranın Ali rəhbəri Əli Xameneyinin ofisinin möhür və sənədlərini saxtalaşdıran şəxs həbs olunub.

İranın Təhlükəsizlik Nazirliyi Ali rəhbərin ofisinin möhür və sənədlərini saxtalaşdıran şəxsin Sistan və Bəlucistan əyalətində həbs olunduğunu açıqlayıb.

Nazirlik həbs olunan şəxsin kimliyi və həbsin detalları barədə açıqlama verməyib. (APA)