Xamneyinin Azərbaycandakı nümayəndəsi Ocaqnejad ölkəmizi tərk edib –AÇIQLAMA

İran İslam Respublikasının ali rəhbəri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejat Azərbaycanı tərk edib.

Bıu barədə İranın Azərbaycandakı səfirliyindən “BBC Azərbaycanca”ya bildirilib.

Qeyd olunub ki, Ocaqnejat bir aydır ki, Tehrandadır.

Xatırladaq ki, oktyabrın 5-də polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür.

Qeyd edək ki, Ocaqnejatın ofisi Hüseyniyyə məscidində yerləşir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir