“Xan pulqabının altında tapança tutmuşdu, bu ağlıma da gəlməzdi” –“Lotu Quli”nin qətlinin yeganə şahidi danışdı

Bir neçə gün əvvəl Türkiyədə qətlə yetirilmiş “Lotu Quli”nin güllələnməsinin detalları məlum olub.

Azpost.info bildirir ki, bu barədə qətlin yeganə şahidi olmuş şəxs haqqın.az-a açıqlama verib.

“Saat 21.00-da Nadir Səlifov, mən və çoxlu ona yaxın olan adamlar otelin restoranında idik. Çoxlu qonaqlar var idi. Təhlükə yaradacaq bir ortam yox idi”-deyə “Lotu Quli”nin yaxın qohumu deyib.

O deyib ki,məhz onun gözü qarşısında kriminal avtoriteti öldürüblər: “Şam yeməyindən sonra Quli öz mühafizəçiləri ilə birgə oteldəki nömrəsinə getdi. Sonra o təklif etdi ki, restoranın VİP sektorunda kart oynayaq. Mən restorana düşdüm və onu gözləməyə başladım. Daha sonra Quli gəldi. Onunla böyük mühafizə dəstəsi var idi. Hamısı silahsız idi və dəhlizdə durdular. Bu sektorda biz ikimiz qaldıq. Heç kim yox idi. Birdən Xan (Xaqan Zeynalov-qatil) içəri girdi. O bizim stola yaxınlaşdı. Xan əlində pulqabı tutmuşdu. Mənim ağlıma da gəlməzdi ki, o, pulqabının altında tapança tutub”.  

Nadir Səlifovun qohumunun sözlərinə görə, qatil Quli ilə onun oturduğu stola yaxınlaşıb və atəş açıb. Xan Səlifova 4 güllə vurub:  “Hər şey o qədər gözlənilməz və sürətli oldu ki, mən gözlərimə inanmırdım. Elə bilirdim yuxu görürəm. Quli stolun üstünə sərələndi”.

Onun sözlərinə görə, Səlifova “Beretta” tapançasından atəş açılıb.

“Lotu Quli”nin qohumu idda edir ki, qətli törədəndən sonra Xan qaçmağa başladı: “O dəhlizə qaçdı və “Lotu Quli”ni öldürdülər” deyə qışqırmağa başladı. Bir neçə saniyədə otağa Qulinin onlarla mühafizəçisi daxil oldu. Mən ancaq deyə bildim ki, Səlifova Xan Əhmədlinski atəş açdı”.

N.Səlifovun qohumu deyib ki, Xaqan Zeyanlov “qanuni oğrunun” əhatəsinə bir il əvvəl düşə bilib. Hansı yollasa Qulinin etimadını qazana bilib. “Mən şəxsən həmişə Xana şübhə ilə yanaşmışam. Mənə aydın deyil ki, Quli kimi təcrübəli adam təsadüfi adamı öz yaxınına necə buraxıb?”

Xaqan Zeynalov Bakıda tanınmış zərgər olan Dəyanət Zeynalovun oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan ordusunun diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürülüb –

Sonrakı məqalə

Gürcüstanda mikroavtobus uçuruma aşıb –