“Xanbulandan 118 kisə zibil yığdıq” –

Lənkəranın bu səfalı məkanını kimlər zibilləyir? (FOTOLAR)
21 May 2021 - 15:14

“Ekofront” təşkilatının təşəbbüsü ilə könüllülər Lənkəranın Xanbulançay su dəryaçası ərazisində təmizlik işləri aparılıb.

Azpost.info bildirir ki, Bakıdan gedən 27 nəfərlik komanda 5 saat ərzində çətin relyefdə 118 kisə zibil toplayıb.

“Ekofront” qrupu Xanbulan su anbarı ətrafında vəziyyətin pis olduğunu və zibillərin yığılmadığını bildirib.

“Burda vəziyyət çox pisdir. Axı bura su anbarıdır. Lənkəranın içməli su mənbəyidir. Bu qədər zibil tökülür”.

Gölün ətrafında turistlərə xidmət edən kafelərin ayaqyoluları bərbad vəziyyətdədir, antisanitariya hökm sürür. Belə şəraitdə kütləvi turizmin fəsadları ola bilər. Hirkan Milli Parkı və böyük su anbarı ətrafının ekoloji cəhətdən təmiz saxlanması vacib məsələdir. Ekologiya idarəsi, turizm üzrə cavadeh idarələr kütləvi istirahət məkanlarında zibi qablarının qoyulması, sanitar vəziyyətin yoxlanmasını təşkil etməlidirlər. Vətəndaşlarla, gələn turistlərə bu barədə maarifləndirici məlumatlar, bukletlər paylanmalıdır.

Xatırladaq ki, Lənkəran turizm potensialı böyük olan rayonlardan sayılır. Burada turizm üçün əlverişi məkanlarda işin düzgün təşkil edilməsi mühüm məsələdir.

Azpost.info