Bakıda xanımı bıçaqla hədələyib, çantasını oğurladılar- ANBAAN VİDEO

Xanımı bıçaqla
Xanımı bıçaqla

Bakı şəhəri, Nərimanov rayonu ərazisində oğurluq hadisəsi yaşanıb.

AzPost Patrul.az-a istinadən xəbər verir ki, qadın avtomobilinə əyləşərkən tanımadığı şəxs onu bıçaqla hədələyərək çantasını tələb edib.

İstəyinə nail olan oğru hadisə yerindən qaçıb.

Xatırladaq ki, bu gün Abşeron rayonu Masazır qəsəbəsi ərazisində bir nəfərin mobil telefonunun və pulunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 21 yaşlı Ə.Əlvəndov müəyyən olunaraq saxlanılıb.

Nəsimi rayonu ərazisində də analoji hadisə baş verib. Rayon ərazisində yerləşən kafelərin birində naməlum şəxslər bir nəfəri kəsici alətlə hədələyərək onun mobil telefonunu ələ keçiriblər. Daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 42 yaşlı Q.Hüseynov və 31 yaşlı P.İsmayılov müəyyən olunaraq saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.