Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndində 17 min sakin qalıb.
Azpost.info bildirir ki, bu barədə separatçı rejimin Xankəndi üzrə “meri” David Sərkisyan Sputink-ə bildirib. Onun sözlərinə görə, bundan əvvəl şəhərdə 56 min nəfər yaşayıb. Hazırda bu əhalinin 30 faizi Xankəndindədir. Qalanları Ermənistana qaçıb.
“Şəhərdə qalan sakinlər sığınacaqlarda yaşayırlar”-deyən Sərkisyanın sözlərinə görə, soyuq havalar yaxınlaşdığına görə, qalan şəhər əhalisinin də Ermənistana evakuasiya edilməsinə hazırlıq görülür.