Xankəndində cəmi 17 min sakin qalıb –Onların Ermənistana evakuasiyasına hazırlıq gedir

Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndində 17 min sakin qalıb.

Azpost.info bildirir ki, bu barədə separatçı rejimin Xankəndi üzrə “meri” David Sərkisyan Sputink-ə bildirib. Onun sözlərinə görə, bundan əvvəl şəhərdə 56 min nəfər yaşayıb. Hazırda bu əhalinin 30 faizi Xankəndindədir. Qalanları Ermənistana qaçıb.

“Şəhərdə qalan sakinlər sığınacaqlarda yaşayırlar”-deyən Sərkisyanın sözlərinə görə, soyuq havalar yaxınlaşdığına görə, qalan şəhər əhalisinin də Ermənistana evakuasiya edilməsinə hazırlıq görülür.

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 92 nəfərə çatıb

Sonrakı məqalə

Sabah yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq