“Xankəndinin guya atəşə tutulması barədə xəbər dezinformasiyadır” –

RƏSMİ
06 Noyabr 2020 - 13:21

Ermənistan mətbuatının Azərbaycan Ordusu tərəfindən Xankəndinin guya atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu cür məlumatlar yaymaqla Ermənistanın Müdafiə Nazirliyi törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır.