Xankəndidə keçmiş icra binasının söküntüsünə başlanılır

Xankəndi
Xankəndi

Xankəndi şəhərində yerləşən keçmiş icraiyyə komitəsi binasında söküntü işləri aparılacaq. AzPost xəbər verir ki, bu barədə məlumat Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilib.

Rəsmi məlumata əsasən, binanın A bloku tam şəkildə söküləcək. Söküntü işlərinin icrası “Azekon Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub və tərəflər arasında rəsmi müqavilə bağlanıb.

Müqaviləyə əsasən, binanın sökülməsi işləri üçün 1 milyon 410 min 632 manat 32 qəpik məbləğində vəsait nəzərdə tutulub. Bu proses işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və bərpa tədbirləri çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, hazırda Xankəndidə və ətraf rayonlarda köhnə və yararsız binaların sökülməsi, müasir şəhərsalma prinsiplərinə uyğun yenidən qurulması istiqamətində ardıcıl işlər görülür. Söküntü işləri başa çatdıqdan sonra həmin ərazidə yeni inzibati və ya ictimai təyinatlı obyektlərin inşası planlaşdırılır.

Layihənin icrasına yaxın günlərdə başlanılması gözlənilir. Tikinti və yenidənqurma işləri dövlət nəzarəti altında aparılacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.