Xankəndidə partlayış olub- FOTO

Xankəndi şəhərində partlayışla bağlı yeni məlumatlar ortaya çıxıb.

Oksigen avadanlıqları sexində yanğın baş verdiyi, nəticədə yüksək təzyiqli balonların partladığı bildirilir.

Zərərçəkənlər barədə məlumat yoxdur.

****

Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xankəndi şəhərində partlayış olub.

APA xəbər verir ki, bəzi məlumatlara görə, evlərdən birində qaz balonu partlayıb, daha sonra yanğın başlayıb.

Digər məlumatda isə bildirilir ki, tikililərdən birində başlayan yanğının ardınca partlayış baş verib.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.