Xankəndidə sərxoş müştəri restoranda dava saldı, həbs edildi

restoran
restoran

Xankəndi şəhərində restoranda sərxoş vəziyyətdə müştəriləri təhqir edən şəxs həbs olunub.

AzPost Oxu.az-a istinadən bildirir ki, hadisə şəhər ərazisindəki restoranlardan birində baş verib.

Yerli tikinti şirkətlərindən birində fəhlə işləyən 1993-cü il təvəllüdlü Seyran Xasıyev (adı və soyadı şərtidir) axşam saatlarında iş yoldaşları ilə birlikdə restorana gələrək məclis qurub. Məclisdə həddindən çox spirtli içki qəbul edən Seyran içkinin təsirindən özünü idarə edə bilməyib və restorandakı müştəriləri təhqir edib. Hadisə yerinə gələn polis əməkdaşları onu intizama dəvət etsələr də, o, polisə məhəl qoymayıb və əməllərinə davam edib. Polis əməkdaşlarının səyi nəticəsində Seyran saxlanılaraq barəsində protokol tərtib edilib və məhkəməyə göndərilib.

Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə S.Xasıyev 15 sutka həbs edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.