Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Xaricdə təhsil vədi ilə pul yığan ekspertin işi yenidən məhkəmədə

Orkhan Ali 30 May 2025 - 09:55 (Last updated: 30 May 2025 - 10:00)
Məhkəmə

Məhkəmə

Xaricdə təhsil vədi ilə pul yığan ekspertin işi yenidən məhkəmədə. Ali Məhkəmə Anar Xəlilovla bağlı hökmdə dəyişiklik edib. AzPost bildirir ki, Ali Məhkəmədə “Smart Business Qroup” şirkətinin direktoru, mətbuatda təhsil eksperti kimi tanınan Anar Xəlilovun cinayət işi üzrə kassasiya şikayətinə baxılıb. Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Ali Məhkəmə əvvəlki məhkəmə qərarını tamamilə ləğv edərək işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib.

İttiham aktına əsasən, A.Xəlilov beş vətəndaşı aldadaraq övladlarını xaricdə təhsil almağa göndərmək adı ilə onlardan ümumilikdə doxsan yeddi min səkkiz yüz qırx beş manat pul alıb. Təqsirləndirilən şəxs zərərçəkənlərlə barışıq əldə edib və dövlətə dəymiş ziyanın əlli faizini — qırx səkkiz min doqquz yüz iyirmi üç manatını ödəyib.

Buna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il on dekabr tarixli hökmü ilə A.Xəlilov beş il müddətinə azadlıqdan məhrum edilmişdi. Daha sonra Bakı Apellyasiya Məhkəməsi onu cinayət məsuliyyətindən azad etmiş və cinayət işinə xitam vermişdi.

Ali Məhkəmənin son qərarı ilə bu xitam aradan qaldırılıb və işə yenidən hüquqi qiymət verilməsi üçün apellyasiya instansiyasında baxılacaq.

Xatırladaq ki, təhsil eksperti kimi tanınan Anar Xəlilov müştəri kimi ona müraciət etmiş vətəndaşlara müəyyən xidmət haqqı müqabilində müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ölkələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verib.

İttihama görə, Anar Xəlilov 4 nəfərə qarşı dələduzluq edib. Onlardan birini “Ondokuz Mayıs” universitetində “tibb” ixtisası üzrə tələbə kimi qəbul etdirəcəyinə vəd edib və 6 min 500 manatını alıb. O, digər zərərçəkmişləri də həmin universitetin müxtəlif fakültələrinə qəbul etdirəcəyi adı ilə dələduzluq edib.

AzPost.az

Post navigation

Previous: Sabah 36 dərəcə isti olacaq
Next: Milli Məclisdə təcili çağırış

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçiriləcək. Azpost.info təqdim edir.   AzPost.az
Read more about Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.