Xaricdən Azərbaycana pul köçürmələri azalıb

valyuta
valyuta

Bu ilin mart ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 111,5 milyon manat vəsait daxil olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35,8 milyon manat və ya 24,3% azdır.

Belə ki, 2024-cü ilin mart ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 147,3 milyon manat daxil olub.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 319,7 milyon manat vəsait daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 145,5 milyon manat və ya 31,3% azdır. 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 465,2 milyon manat daxil olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.