Xarici ekspertlər koronavirusla bağlı karantin xəstəxanalarına gedəcəklər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri ilə görüş keçirilib.

TƏBİB-dən bildirilib ki, görüşdə dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində görülən tədbirlər və ÜST nümayəndə heyətinin Bakı şəhəri və regionlardakı karantin xəstəxanalarına səfərinin detalları müzakirə edilib.

Həmçinin, tibbi personalın hazırlığı, COVID-19 ilə ümumi mübarizə üsulları, vəziyyət haqqında məlumatlandırma, hospitalların hazırlığı, dərman, diaqnostika və tibbi vasitələrin mövcudluğunun qiymətləndirilməsi və risk kommunikasiyası mövzularında fikir mübadiləsi aparılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir