Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə yola düşüb

17 İyun 2021 - 14:25

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb.

Bu barədə Azərbaycan Xarici işlər Nazirliyi Mətbuat xidməti idarəsindən məlumat verib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda çıxışı, habelə həm Türkiyə tərəfinin rəsmiləri, həm də Forumda iştirak edən xarici nümayəndələr ilə çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.