Xarici jurnalistlərin Ağdama səfəri başlayıb-FOTO

Xarici jurnalistlər Ağdam şəhərinə səfəri başlayıb.

Səfər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xətti ilə baş tutub. Nümayəndə heyəti ilk olaraq Ağdama şəhərində Pənahəli Xanın “İmarət” kompleksində olub. Burda onlara ermənilərin tarixi abidələri məhv edildiyi barədə məlumat verilib.

Xarici KİV nümayəndələri Ağdam şəhərinə gəlmədən öncə Füzuli və Şuşada olub. Əcnəbi jurnalistlər Füzul, Şuşa və Ağdamda gördükləri erməni vandallığını təmsil etdikləri qurumlarda işıqlandıracaq.

Nümayəndə heyətinin tərkibində Səudiyyə Ərəbistanı Krallığı İbrahim Tariq Alquays “Ər-Riyad” , Bəhreyn Mansoor Shaker Mansoor Mohammed Ahmed Alsetri “Əl-Əyyam” , Bəhreyn Unnikrishnan Puravangara “The Daily Tribune” News of Bahrain, Misir Ashraf Abdulmonim Ahmed Aboarafe “Əl-Diploması”, İraq Matz Muhy Abdulhamid Obada “Dostluq” qəzeti, Mavritaniya Cheikh Saleh “Mavritaniya İnformasiya Agentliyi”, Mərakeş Krallığı Khalid El Harrak “Məğrib Ərəb İnformasiya Agentliyi”. Əlavə olaraq 2 nəfər isə İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasından iştirak edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir