Xarici liderlər Şərq İqtisadi Forumuna gəlməyəcək- Putinlə eyni səhnəni bölüşməyə kimlər razılıq verib?

Xarici liderlər bu il Şərq İqtisadi Forumunda iştirak etməyəcəklər.

Azpost.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə səhnəni bölüşəcək ən yüksək səviyyəli xarici nümayəndələr Laosun vitse-prezidenti Pani Yatxotou və Çin Dövlət Şurası baş nazirinin müavini Çjan Qoçin olacaq.

“Biz Çindən, Laosdan, Myanmadan, Vyetnamdan, Filippindən qonaqlar gözləyirik. Belarus, Qazaxıstan, Monqolustan, Sinqapur da olacaq”, – deyə Primorye hökumətinin başçısı Vera Şerbina bildirib.
Onun sözlərinə görə, KXDR nümayəndələri də gözlənilir.

Şərq İqtisadi Forumu sentyabrın 10-13-də Vladivostokda “Əməkdaşlığa, sülh və rifaha doğru” devizi altında keçiriləcək. Vladimir Putin sentyabrın 12-də forumun plenar iclasında iştirak edəcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.